Dünya futbolu
ÇL-də pley-off mərhələsinə yekun vuruldu
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurul…
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turniri çərçivəsində daha 5 matç baş tutub.
Azərbaycan futbolsevərlərinin bütün diqqəti Danimarkada olub. Burada “Qarabağ” yerli “Kopenhagen”lə cavab görüşünə çıxıb. Bakıdakı görüşdə 1:0 hesabıyla qalib gələn Qurban Qurbanovun çalışdırdığı kollektiv səfərdə də sərfəli nəticə qazanmaqla tarix yazıb, ölkə futbolu tarixində ÇL-in qrup mərhələsinə vəsiqə qazanan komandamız olub.
Günün digər oyunlarına gəlincə, “Slaviya” APOEL-i, “Liverpul” “Hoffenhaym”ı, “Styaua” “Sportinq”i, Moskva ÇSKA-sı da “Yanq Boyz”u qəbul edib. Bu görüşlərdə də İngiltərə, Portuqaliya, Rusiya və Kipr klubları uğur qazanan tərəf olub. “Kopenhagen” kimi, “Slaviya”, “Hoffenhaym”, “Styaua” və “Yanq Boyz” isə Avropa Liqasına yuvarlanıb.
Xatırladaq ki, ilk oyun günündə də "Astana", "Riyeka", "Hapoel", "Nitsa" və "Başakşəhər" ÇL-də mübarizəni dayandırıb və Avropa Liqasının qrup mərhələsində çıxış etmək məcburiyyətində qalmışdı. "Seltik", "Sevilya", "Napoli", "Olimpiakos" və "Maribor" isə ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
23 avqust
“Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan) 2:1 (ilk oyun 0:1)
Qol: Santander, 45. Pavloviç, 66 – Ndlovu, 63.
“Slaviya” (Çexiya) – APOEL (Kipr) 0:0 (0:2)
“Liverpul” (İngiltərə) – “Hoffenhaym” (Almaniya) 4:2 (2:1)
Qol: E.Can, 10; 21. Salah, 18. Firmino, 63 – Ut, 28. Vaqner, 79.
“Styaua” (Rumıniya) – “Sportinq” (Portuqaliya) 1:5 (0:0)
Qol: Morais, 20 – Dumbiya, 13. Acuna, 60. Martins, 64. Dost, 75. Batalya, 88.
ÇSKA (Moskva, Rusiya) – “Yanq Boyz” (İsveçrə) 2:0 (1:0)
Qol: Şennikov, 45. Dzaqoyev, 64.
22 avqust
“Astana” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) 4:3 (0:5)
“Riyeka” (Xorvatiya) – “Olimpiakos” (Yunanıstan) 0:1 (1:2)
“Maribor” (Slovaniya) – “Hapoel” (Beer-Şeva, İsrail) 1:0 (1:2)
“Sevilya” (İspaniya) – “Başakşəhər” (Türkiyə) 2:2 (2:1)
“Nitsa” (Fransa) – “Napoli” (İtaliya) 0:2 (0:2)
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir