Ölkə futbolu
Əfran İsmayılov 200-cü oyununa çıxdı
“Qarabağ”ın futbolçusu Əfran İsmayılov Azərba…
“Qarabağ”ın futbolçusu Əfran İsmayılov Azərbaycan çempionatında 200-cü oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Topaz Premyer Liqasının 3-cü turuna təsadüf edib. “Qəbələ” ilə matça start heyətində başlayan Əfran bunadək 199 qarşılaşmada forma geyinmişdi.
Ölkə çempionatında 2006/07 mövsümündə debüt edən İsmayılov ilk matçını da “Qarabağ”da keçirib. Ümumiyyətlə, onun 200 çempionat matçından çoxu – 153-ü Ağdam klubunda baş tutub. Daha 4 klubun şərəfini qoruyan yarımmüdafiəçi “Bakı”da 17, “İnter”, “Turan” və “Xəzər Lənkəran”ın hərəsində 10 görüşə çıxıb.
Ümumilikdə 12-ci mövsümdür ölkə çempionatında iştirak edən Əfran çıxış etdiyi 5 klubda üst-üstə 35 qol vurub.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”