Premyer-liqa
“Kəpəz” – “Qəbələ” matçının yeri dəyişdirildi
Topaz Premyer Liqasının 7-ci turunda "Kəpəz" və "Q…
Topaz Premyer Liqasının 7-ci turunda "Kəpəz" və "Qəbələ" komandaları arasında keçiriləcək oyunun yeri dəyişdirilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a "qırmızı-qaralar"ın meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Onun sözlərinə görə, görüş sentyabrın 29-da Qəbələ şəhər stadionunda təşkil olunacaq. Oyun saat 18:30-da başlanacaq.
Səfiyarlı dəyişikliyin "Kəpəz" rəhbərliyinin istəyi əsasında gerçəkləşdiyini bildirib. Səbəb kimi Gəncə şəhər stadionunun ot örtüyündəki təmir işlərinin hələ yekunlaşmaması göstərilib. "Qəbələ" tərəfi də bu xahişi qəbul edib. Əvəzində bu komandalar arasında noyabrın 25-də keçirilməli olan 2-ci dövrənin oyunu Gəncədə olacaq.
Qeyd edək ki, Peşəkar Futbol Liqası stadion dəyişikliyinə dair qərarı hələ açıqlamayıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”