Milli komanda
Prosineçki: “Mənə heç bir təklif gəlməyib”
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Ro…
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Bosniya və Hersoqovina millisinin çalışdırmaqla bağlı təklif almasına dair xəbərlərə münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bosniyalı jurnalistlərə açıqlamasında bunları söyləyib: “Bosniya və Hersoqovina millisi əla oyunçulardan qurulmuş komandadı. Bu barədə ancaq bunu deyə bilərəm. Bu komandadan təklif almağıma gəlincə, bu sual mənə ikinci dəfə verilir. Ancaq mən də bunu yenicə eşitmişəm. Heç bir şeydən xəbərim yoxdu. Mənə heç bir təklif gəlməyib”.
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsi başa çatan kimi, Prosineçkinin Sloveniya yığmasını da çalışdıracağı barədə oxşar xəbərlər yayılmışdı. Amma xorvat bu ölkənin də mətbuatına açıqlamasında heç bir təklif almadığını bəyan etmişdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”