Bizi izləyin

Ölkə futbolu

“Qarabağ”ın ispanları AS-a danışdı: “Stadion tam dola bilər”

Çempionlar Liqasının qrup mərhələsi çərçiv?…

blank
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu “Atletiko”ya qarşı keçirəcək “Qarabağ”ın ispaniyalı futbolçuları – Miçel və Dani Kintana ölkələrinin mətbuatına müsahibə verib. AS nəşrinə danışan yarımmüdafiəçilər maraqlı fikirlər səsləndiriblər.
 
– Oktyabrın 18-də “Atletiko” ilə matça çıxacaqsız. Bu görüş sizin üçün xüsusi olacaq…
Miçel: Bəli, xüsusi matç olacaq. Bu görüşü bizim üçün hədiyyə hesab edirəm. “Atletiko” ilə görüşdən həzz almağa çalışacağıq. Öz ölkəmizin ən böyük klublarından birinə qarşı oynayacağıq. “Atletiko” zəngin tarixi olan klubdu. Onlarla qarşılaşdığımız üçün şadıq. “Atletiko” ilə oyunu səbirsizliklə gözləyirik.
Kintana: Çempionlar Liqasının qrup mərhələsinə düşmək hamımız üçün böyük mükafat oldu. Bu cür görüşlərdə iştirak etmək böyük stimuldu. “Atletiko” dünyanın ən yaxşı komandalarından biridi. Bu cür klubla Çempionlar Liqasında qarşılaşmaq möhtəşəm hissdi. Mən karyeram ərzində heç vaxt bu hissi keçirməmişəm.
 
– “Qarabağ” bu ilə qədər Avropa Liqasının qrup mərhələsində çıxış etmişdi. İndi isə Çempionlar Liqasının qrupunda yer almısız və Azərbaycan futbolu üçün ilkdi…
Kintana: Bəli, Avropa Liqasının qrup mərhələsində oynamışdıq. Amma heç vaxt İspaniya komandası ilə qarşılaşmamışdıq. Bu dəfə istədiyimiz oldu. Bilirik ki, “Qarabağ”ın ispan futbolçularına qarşı ölkəmizdə diqqət böyükdü. Ailəm “Atletiko” ilə ikinci matçı izləmək üçün Madridə yollanacaq. Məqsədimiz “Atletiko” kimi komandalarla qarşılaşa biləcəyimizi hər kəsə isbatlamaq idi.
 
– “Atletiko” ilə Bakıdakı matçınızın hansı hava şəraitində keçəcəyi gözlənilir?
Miçel: Dekabr olsaydı, hava soyuq keçə bilərdi, hətta qarın yağması da istisna deyildi. Amma indi elə deyil. Bakı çox küləkli şəhərdi. Amma stadionda bu o qədər də hiss olunmur. Hazırda havanın hərarəti yaxşıdı. “Atletiko” bu baxımdan problemlə üzləşməyəcək.
 
– İspaniyanın ən güclü klublarından biri ilə qarşılaşaqsız. Bu, ölkədə hiss olunurmu?
Kintana: Bəli, bu atmosfer hiss olunur. Stadion azarkeşlərlə tam dola bilər. Bütün oyunlarda maksimum gücümüzü meydanda qoyuruq və fanatlarımız bunu bəyənirlər. Azərbaycan klubu ilk dəfədi ki, Çempionlar Liqasının qrup mərhələsində çıxış edir. Startda bu cür komandalarla qarşılaşmaq azarkeşlərimizi daha da həvəsləndirir.
Miçel: “Atletiko” ilə görüşdü azərbaycanlılar üçün xoş bir oyundu. Matça böyük maraq olacaq, azarkeşlərimiz stadiona axışacaqlar. Yeri gəlmişkən, qarşılaşmanın keçəcəyi arena bizim üçün yeni məkandı. Federasiya həmin stadionda oynamağımıza icazə verdi. Tutumu 70 min nəfərlikdi. “Atletiko” azarkeşləri də bu arenanı çox bəyənəcəklər.
 
– “Atletiko”nun qələbəyə çox ehtiyacı var. Bunun “Qarabağ”ın xeyrinə və ya ziyanına olduğunu siz daha yaxşı bilərsiz…
Kintana: Qrup mərhələsində bizimlə qarşılaşan hər komanda meydana 3 xal üçün çıxır. Odu ki, dediyiniz məqamın həlledici olacağını düşünmürəm.
Miçel: Bu amilin “Atletiko”nu narahat etdiyini düşünmürəm. Rəqibimiz istənilən meydanda qələbə qazanmağa adət edib. Bizimlə görüşdən öncə də fikirlərini dəyişməyiblər. “Atletiko” Bakıya qələbə dalınca gələcək.
 
– “Roma” Bakıda 3 xal əldə etmək çox əziyyət çəkdi. “Atletiko” ilə qarşılaşmaq sizin üçün etalon sayıla bilərmi?
Kintana: “Roma” Bakıda çətin anlar yaşadı. 90 dəqiqə ərzində dayanmadan mübarizə apardıq və özümüzü pis tərəfdən göstərmədik. “Atletiko” ilə matç daha fərqli keçəcək. Bizi asan oyun gözləmədiyini bilirik. Çünki “Atletiko”nun heyəti güclüdü və bu komandada rəqabət yüksək səviyyədədi. Rəqib qələbə qazanmaq məcburiyyətindədi. Bəlkə də, biz bu məqamda istifadə edə bilək. Təbii ki, görüşün favoriti “Atletiko”du. Ancaq biz də yaxşı nəticəyə imza atacağıma dair ümidliyik.
Miçel: “Atletiko” çox aqressiv və yüksək tempdə oyun sərgiləyir. “Roma” ilə matçda vəziyyəti düzəltməyə çalışdıq. Qol vurduqdan sonra hesabı bərabərləşdirmək üçün cəhd etdik. Həmin qarşılaşmadan xalla ayrılmağa yaxın olsaq da, bunu bacarmadıq.
 
– Son illər “Atletiko” beynəlxalq arenada da özünü yaxşı tərəfdən göstərir. Azərbaycanda Madrid klubu haqda geniş məlumata sahibdilərmi?
Kintana: “Atletiko” aparıcı komandalardan biridi və Azərbaycanda çox yaxşı tanınır. İnsanlar televizor vasitəsilə bu klubun La Liqadakı matçlarını da izləyirlər. Həm biz, həm də azarkeşlərimiz “Atletiko” barədə hər şeyi bilirik. Rəqibin futbolçularını diqqətdə saxlamaq çox çətindi, çünki onlar həddindən artıq istedadlı, zövqvericidilər. Amma dediyim kimi, biz də bu görüşə böyük entuziazmla yanaşırıq. “Atletiko” son illərdə iki dəfə Çempionlar Liqasının finalına yüksəlib. Bu komandanı bütün dünya tanıyır (apasport).
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Ölkə futbolu2024-04-24 14:14

Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yolunu göstərdi

blank
Dünya futbolu2024-04-24 13:57

19 illik dönəm bitir

blank
Digər idman növləri2024-04-24 13:38

MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıldı, biri azadlığa buraxıldı

blank
Digər idman növləri2024-04-24 13:20

Azərbaycan çempionatının ən yaxşı oyunçuları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-24 13:02

Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

blank
Digər idman növləri2024-04-24 12:44

İkinci finalçı da bəlli oldu

blank
Digər idman növləri2024-04-24 12:28

Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır

blank
Müsahibə2024-04-24 12:09

Vüsal daha üst pillələrə can atır: “Rahatlaşmaq olmaz”

blank
Digər idman növləri2024-04-24 11:54

Ferstappen ABŞ qran-priləri üçün xüsusi dəbilqə hazırlatdırdı

blank
Digər idman növləri2024-04-24 11:39

“Ferrari” qarşıdakı yarışda fərqli dizaynda olacaq

blank
Ölkə futbolu2024-04-24 11:22

Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-24 11:07

Abu Akal “Qəbələ”dən incik ayrılmayıb: “Bu klubun etdiklərini unutmaram”

blank
Digər idman növləri2024-04-24 10:50

“Real” qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-24 10:35

İki seriyada hesabda tarazlıq yarandı

blank
Dünya futbolu2024-04-24 10:18

İki futbolçu saxlanıldı – zorakılığa görə

blank
Ölkə futbolu2024-04-24 10:00

Samir Abasov Xaviylə görüşə gedib

blank
Dünya futbolu2024-04-24 09:42

Qrimaldo İspaniyaya qayıtmaq istəyir

blank
Dünya futbolu2024-04-24 09:27

Çempionlar Liqası: “Əl Hilal”ı finala buraxmadılar

blank
Ölkə futbolu2024-04-24 09:10

Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir

blank
Dünya futbolu2024-04-24 08:52

“Liverpul” yeni məşqçi tapdı

blank
Ölkə kuboku2024-04-24 08:35

Kubokun finalına kimlər çıxacaq?

blank
Dünya futbolu2024-04-24 08:17

Poşettino darmadağına görə utanmır

blank
Ölkə futbolu2024-04-24 08:00

Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”

blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm