Ölkə futbolu
Messi 100-ə çatdı
“Barselona”nın argentinalı futbolçusu Lionel Mess…
“Barselona”nın argentinalı futbolçusu Lionel Messi avrokuboklarda 100-cü qolunu vurub. Cənubi amerikalı Çempionlar Liqasının III turunun “Olimpiakos”la qarşılaşmasında fərqlənib.
Komandasının 3:1 hesablı qələbəsində 2-ci qolla pay sahibi olan Messi 100-ə çatıb. 61-ci dəqiqədəki qola qədər onun hesabında 99 top var idi.
Argentinalı Çempionlar Liqasında 97, Superkubokda 3 qola sevinib. O, 16 dəfə sağ, 80 dəfə sol ayağı, 4 dəfə başla rəqib qapısına yol tapıb.
Qeyd edək ki, avrokubokların ən yaxşı bombardiri Kriştianu Ronaldodu. Portuqaliyalı 113 dəfə fərqlənib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO