Dünya futbolu
Əliyev “Rubin”ə qol vurdu, komandası 1/4-ə yüksəldi – VİDEO
Futbol üzrə Rusiya Kubokunda 1/8 final mərhələsinin oyunları…
Futbol üzrə Rusiya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin komandası – “Krılya Sovetov” bu mərhələdə “Rubin”lə qarşılaşıb. Andrey Tixonovun baş məşqçisi olduğu və Birinci Divizionda mübarizə aparan Samara təmsilçisi Kazanda keçirilən səfər oyunundan qalib ayrılıb – 2:1.
Azər də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 90-cı dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da 55-ci dəqiqədə məhz Əliyev vurub.
Bu qələbə “Krılya Sovetov”u növbəti mərhələyə çıxarıb. 1/4 finalda "Krılya Sovetov"un rəqibi Moskva "Spartak"ı olacaq.
Qeyd edək ki, 23 yaşlı A.Əliyev hücumçudu. O, 2017-ci ildən “Krılya Sovetov”un şərəfini qoruyur.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”