Milli komanda
Prosineçki hesabat vermək üçün Bakıya dönüb
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert…
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Bakıya dönüb.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
O, bildirib ki, 48 yaşlı xorvatiyalı mütəxəssis hazırda qurumun inzibati binasındadır. M.Nərimanoğlunun sözlərinə görə, AFFA-nın baş katibi Elxan Məmmədov yaxın günlərdə onunla görüşəcək.
R.Prosineçkinin yığmanın 2018-ci il dünya çempionatının seçmə mərələsindəki çıxışına dair hesabatı dinlənildikdən sonra onunla müqavilənin müddətinin uzadılıb-uzadılmaması ilə bağlı qərar veriləcək.
Qeyd edək ki, Robert Prosineçkinin AFFA ilə 3 illik müqaviləsinin müddəti dekabr ayında başa çatır. Azərbaycan millisi son tskildə rekord miqdarda – 10 xal toplasa da, qrupda 5-ci yeri tutub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”