Dünya futbolu
Budaq Nəsirov oynadı, “Sportinq” qalib gəldi
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 13-cü t…
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 13-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Oliveyrense” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Nəsirov da bu matçın iştirakçısı olub. O, görüşün 79-cu dəqiqəsində meydana buraxılıb.
"Sportinq" hazırda 18 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”