Dünya futbolu
MS “Arsenal”ı məğlub yola saldı, “Tottenhem” qalib gəldi – VİDEOLAR
Futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci tura yekun vur…
Futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Stok Siti” “Lester Siti”ni qəbul edib. 4 qolluq matçda qalib müəyyənləşməyib.
Səfərdə "Vest Hem"lə qarşılaşan "Liverpul" isə 3 xalı 4 qolla qazanıb. "Nyukasl" evdə "Bornmut"a, "Sauthempton" "Bernli"yə, "Suonsi Siti" isə "Brayton"a uduzub. Doğma meydanda yalnız "Vest Hem"i məğlub edən "Haddersfild" 3 xalı bayram edib.
Bazar günü daha dörd maraqlı görüş keçirilib. Lider “Mançester Siti” doğma divarlar arasında “Arsenal”ı qəbul edib. Dörd qolluq qarşılaşmada meydan sahibləri inamlı qələbəyə seviniblər. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi” isə evdə “Mançester Yunayted”lə qarşılaşıb və tək qolla qalib gəlib. "Tottenhem" də 3 xalı tək qolla bayram edib. "Everton" da "Uotford"u məğlub yola salıb.
İngiltərə Premyer Liqası
11-ci tur
4 noyabr
Stok Siti – Lester Siti 2:2
Qol: Şakiri, 39. Krauç, 73 – İborra, 33. Mahrez, 60.
Haddersfild – Vest Bromviç 1:0
Qol: Parra, 44.
Nyukasl – Bornmut 0:1
Qol: Kuk, 90.
Sauthempton – Bernli 0:1
Qol: Vouks, 81.
Suonsi Siti – Brayton 0:1
Qol: Murrey, 29.
Vest Hem – Liverpul 1:4
Qol: Lanzani, 55 – Salah, 21; 75. Matip, 24. Oksleyd-Çemberleyn, 56.
5 noyabr
Tottenhem – Kristal Pelas 1:0
Qol: Son, 64.
Mançester Siti – Arsenal 3:1
Qol: De Bruyne, 19. Aquero, 50-pen. Jesus, 74 – Lakasette, 65.
Çelsi – Mançester Yunayted 1:0
Qol: Morata, 55.
Everton – Uotford 3:2
Qol: Niasse, 67. Levin, 74. Baynes, 90-pen – Riçarlison, 46. Kabasele, 64.
–
–
–
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”