Dünya futbolu
Xorvatiya və İsveçrə DÇ-2018-də!
Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zon…
Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Futbolinfo.az xəbər verir ki, İsveçrə yığması ilk oyunda səfərdə minimal hesabla məğlub etdiyi Şimali İrlandiya millisini bu dəfə doğma meydanda sınağa çəkib. Qarşılaşmada hesab açılmayıb. Beləcə, İsveçrə növbəti dünya çempionatında oynamaq hüququ qazanıb.
Günün digər oyununda isə Xorvatiya yığması Yunanıstan seçməsinin qonağı olub. İlk matçda böyük hesabla (4:1) qalib gələn xorvatlar DÇ-nin bir addımlığındaydı. Bu görüşdə də qapılara qol vurulmayıb. Nəticədə, xorvatlar pley-off mərhələsində DÇ-yə vəsiqə qazanan ikinci kollektiv olub.
DÇ-2018-in seçmə mərhələsi
Pley-off (cavab oyunları)
12 noyabr
İsveçrə – Şimali İrlandiya 0:0 (ilk oyun 1:0)
Yunanıstan – Xorvatiya 0:0 (1:4)
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi