Ölkə futbolu
Nərimanoğlu “itən pullar”ı “Kəpəz”ə qaytarmağa məcbur edilir
“Kəpəz”də yoxlamalar yekunlaşıb. Audit qrupunun n&uum…
“Kəpəz”də yoxlamalar yekunlaşıb. Audit qrupunun nümayəndələri ötən cümə Gəncəylə vidalaşıb və Bakıya qayıdıb. İndi isə AFFA-nın rəsmi açıqlama verməsi, şəffaf işlədiklərini göstərməsi zamanıdı.
Futbolinfo.az xəbər verir ki, məhz bu yoxlamalar üzündən “Kəpəz”də 2 ay idi maaşlar verilmirdi. Maliyyə yoxlanışına görə bütün ödəmələr dayandırılmışdı. Noyabrın 24-də həsrətə son qoyulub və bütün əməkdaşlar maaşlarını alıb.
Məhz maliyyə pozuntularına görə Müşahidə Şurasının üzvlüyündən geri çağırılan, daha sonra AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisliyindən də qovulan Mikayıl Nərimanoğlu isə yaddan çıxmır. Haqqında hüquqi müstəvidə ölçü götürülməyən “Kəpəz”in sabiq idarəçisi indi ortada itən pulları qaytarmaqla məşğuldu. Mikayıl bəy yeyintidə yoxa çıxan vəsaiti geri qaytarmağa məcbur edilir. O, artıq çatışmayan maliyyənin böyük hissəsini büdcəyə qaytarıb.
Klubun sabiq icraşı direktoru Cabir İbrahimov da eyni qaydada cəzalandırılır. O da Nərimanoğlu kimi, “aradan çıxarılan” pulları geri qaytarmaqla məşğuldu.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”