Milli komanda
Rəşad Sadıqovun milli komandada ilk seçimi
21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasın…
21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rəşad Sadıqov ilk seçimini edib.
Futbolinfo.az xəbər verir ki, Sadıqov millidə birgə çalışacağı köməkçisini müəyyənləşdirib. Söhbət millimizin sabiq üzvü, bir müddətdi ki, “Qarabağ”ın aşağı yaş qruplarında və əvəzedici heyətində çalışan Aftandil Hacıyevdən gedir. Hacıyev “Qarabağ”ın əvəzedici heyətində baş məşqçi postunda qalmaqla yanaşı, millidə də çalışacaq. (Futbol11)