Ölkə futbolu
Yubiley təxirə salındı – qərarı İcraiyyə Komitəsi verəcək
AFFA İcraiyyə Komitəsinin dekabrın 20-də baş tutacaq yekun iclas…
AFFA İcraiyyə Komitəsinin dekabrın 20-də baş tutacaq yekun iclasının gündəliyi dəqiqləşməyib. Futbolinfo.az xəbər verir ki, siyahı bazar ertəsi müəyyənləşəcək.
Toplantının əas məsələsi milli komandalara məşqçi təyinatları ilə bağlıdı – yeni heyət komitədə təsdiqlənməlidi. Qurban Qurbanov, eləcə də digər məşqçilər rəsmən həmin gün işə başlayacaq.
Gündəlikdəki digər məsələlərə gəlincə, yəqin ki, danışılmış oyunlarla bağlı ciddi müzakirələr olacaq. Məlum cəzalardan sonra İK-nın məsələyə biganə qalması mümkünsüzdü. Olayların alovlanmasının səbəbkarı Zaur Axundovun da iclasda olacağını nəzərə alsaq, problem yenidən qabardılmalıdı.
Yeri gəlmişkən, dekabrın 20-də AFFA-nın yubiley tədbiri də keçirilməliydi. Amma qurum öz yubileyini növbəti dəfə təxirə salıb. Həmin günün qeyd olunub-olunmaması da məhz komitənin iclasında müəyyənləşəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”