Bizi izləyin

Ölkə futbolu

8 ayda 1 oyun keçirən qapıçı: Məmmədov “Neftçi”yə layiq deyil

“Neftçi” ara-sıra Azərbaycan millisinə də &cced…

blank

“Neftçi” ara-sıra Azərbaycan millisinə də çağırılmış Aqil Məmmədovu heyətinə qatmaq üzrədi. 

Futbolinfo.az xəbər verir ki, Səlahət Ağayev və Rəşad Əzizli kimi qapıçılara malik paytaxt təmsilçisinin yeni oyunçusu olacaq Məmmədov son 8 aydan artıq müddətdə cəmi 1 dəfə meydana çıxıb.

Daha dəqiq olsaq, son 248 gündə 1 dəfə şans qazanmış qapıçı 90 dəqiqə ilə kifayətlənib. Bu, Aqilin AZAL-dan ayrılmasından sonrakı dövrə təsadüf edib.

Düzdü, Aqilin keçidində iki amilin rolu var. Birincisi, “Neftçi”nin əsas qapıçısı sayılan Səlahət zədədən əziyyət çəkir. Bu səbəbdən paytaxt təmsilçisi heyətinə təcrübəli qolkiper qatmağa lazım bilib. Digər tərəfdən isə “ağ-qaralar”ın baş məşqçisi Tərlan Əhmədov ötən mövsüm AZAL-da rəhbərliyi altında çıxış edən qapıçını yaxşı tanıdığından bu keçidi zəruri sayıb. 

AZAL-la Premyer Liqanın sonuncusu olan və aşağı diviziona yuvarlanan Məmmədov adını “Şüvəlan”a dəyişən komandada qalmaq istəməyib. “Qəbələ”ni seçən əlcək sahibi Dmitri Bezotosnının daimi əvəzləyicisinə çevrilib. Roman Qriqorçuk Aqilə yalnız noyabrın 29-da keçirilən kubok matçında güvənib. Bu da I divizion təmsilçisi “Mil-Muğan”la görüşdə (8:0) gerçəkləşib.

Ümumiyyətlə, həmin matç onun Azərbaycan kubokunda 18-ci oyunu olub. 8-ci dəfə qapısını toxunulmaz saxlayan qolkiper 16 top buraxıb. Aqil orta hesabla hər matçda 0,88 qola üzülüb.

Maraqlıdı ki, qapıçının peşəkar səviyyədə debütü məhz “Neftçi” ilə görüşdə reallaşıb. 2008-ci il martın 30-da “Bakı”nın 2:3 hesabı ilə uduzduğu səfər matçında gənc əlcək sahibi 3 top buraxmışdı. İndi “ağ-qaralar” siftəsinə “3” verdiyi qapıçıya ehtiyac duyub. Bu matç Premyer Liqa çərçivəsində keçirilib. Məmmədovun çempionatdakı ümumi göstəriciləri ürəkaçan deyil. O, 109 qarşılaşmada 160 top buraxıb. Hər matça 1,47 qolun buraxılması isə Premyer Liqa səviyyəsində müsbət nəticə sayıla bilməz.

Aqilin karyerasına baxsaq, qolkiper 2-ci dəfə “Neftçi”yə yollanır. 2015-ci ilin yanvarında olduğu kimi, yenə “ağ-qaralar”a qışda keçən Məmmədovun ilk cəhdi uğursuz alınıb.

2007-2014-cü illərdə şərəfini qoruduğu “Bakı”nı digər paytaxt təmsilçisinə dəyişən futbolçu yeni komandasında “1 nömrə”yə çevrilsə də, “Neftçi” Azərbaycan futbolunun liderləri sırasından uzaq düşüb.

2015-ci il fevralın 6-da “Simurq”la qarşılaşmada (0:0) debüt edən qapıçı ilyarım flaqmanın şərəfini qoruyub. Bu müddətdə Aqil 51 matç keçirib. Qapısında 64 top görən qolkiper orta hesabla 1,15 qola məyus olub. Bu görüşlərdən ikisi Avropa Liqasına təsadüf edib ki, ümumilikdə qitə miqyaslı turnirlərdə 4 matçı olan futbolçu 5 qol buraxıb.

“Neftçi”dən sonra 1 il AZAL-da oynayıb, yarım ili “Qəbələ”də ehtiyatda qalan futbolçu ilyarımlıq fasilədən sonra sabiq komandasına dönür. Lakin bu dəfə onu Səlahət və Rəşadla güclü rəqabət gözləyir.

Dəfələrlə dəvət aldığı millidə də əvəzedici imici ilə barışan futbolçu yalnız 1 matça çıxıb. Moldova ilə yoxlama oyununun (2:1) yalnız bir hissəsində şans qazanan Məmmədov 45 dəqiqədə qol buraxmayıb. (Apasport)

Reklam

Reklam


blank
Əvəzedicilər2024-04-26 14:00

Rəqibini təhqir etmiş 3 futbolçuya 3 oyunluq cəza

blank
Ölkə futbolu2024-04-26 13:44

“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza

blank
Ölkə kuboku2024-04-26 13:30

“Qarabağ” kubok matçına görə 800 manat cərimə ödəyəcək

blank
Premyer-liqa2024-04-26 13:17

Premyer Liqanın üç klubu kənar şəxslərə görə cərimələndi

blank
Digər idman növləri2024-04-26 13:00

Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlandı

blank
Digər idman növləri2024-04-26 12:42

Formula 1 tarixinin ən böyük konstruktoru komandadan gedir

blank
Ölkə futbolu2024-04-26 12:25

Mahir Emrelidən milliyə dəstək, Hidayət Heydərova hədiyyə

blank
Müsahibə2024-04-26 12:11

Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”

blank
Dünya futbolu2024-04-26 11:54

Stadionun yanında bomba tapıldı

blank
Dünya futbolu2024-04-26 11:39

Dünyanın 10 ən yaxşı qapıçısı

blank
Ölkə futbolu2024-04-26 11:24

AFFA “Neftçi”nin istəyini rədd etdi

blank
Digər idman növləri2024-04-26 11:07

Embiidin 50 xalı Filadelfiya komandasını seriyada önə çıxartdı

blank
Digər idman növləri2024-04-26 10:50

“Real” fərqi artırdı

blank
Digər idman növləri2024-04-26 10:32

Zaqrebdə növbəti sınaqlar

blank
Ölkə futbolu2024-04-26 10:17

Samir Abasov Laporta ilə görüşdü

blank
Digər2024-04-26 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-04-26 09:42

Slot təsdiqlədi – “Liverpul”a getmək istəyir

blank
Digər idman növləri2024-04-26 09:25

“Ferrari” ilə HP arasındakı müqavilənin dəyəri

blank
Ölkə futbolu2024-04-26 09:08

“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”

blank
Digər idman növləri2024-04-26 08:51

Basketbolçular məktəbdə sorğu-suala tutuldu

blank
Dünya futbolu2024-04-26 08:34

Muslera milli karyerasını başa vurdu

blank
Dünya futbolu2024-04-26 08:17

Musa Qurbanlı oynamadı, komandası uduzdu

blank
Ölkə futbolu2024-04-26 08:00

Juninyo – Avropanın ən yaxşı braziliyalısı

blank
Dünya futbolu2024-04-26 01:34

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-26 01:22

“Roma” yarıda qalmış matçı qalib başa vurdu

blank
Digər idman növləri2024-04-26 00:24

Azərbaycan çempionatında 3-cü günün qalibləri bəlli oldu

blank
Digər idman növləri2024-04-25 23:33

Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirdi

blank
Digər idman növləri2024-04-25 23:10

Raman Saleydən Avropa çempionatında üçüncü medal

blank
Digər idman növləri2024-04-25 22:43

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Digər idman növləri2024-04-25 22:29

Boksçumuz AÇ-də bürünc medal qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm