Dünya futbolu
“Bursaspor” millimizin sabiq üzvü ilə rəsmən vidalaşdı
Futbol üzrə Azərbaycanın U-21 yığmasının sabiq üzv&uu…
Futbol üzrə Azərbaycanın U-21 yığmasının sabiq üzvü Ozan Can Kökcü Türkiyənin “Bursaspor” klubundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Bursa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda Ozanın Hollandiyanın ikinci liqa təmsilçisi “Valveyk”ə icarəyə verildiyi bildirilib. O, mövsümün sonunadək Hollandiyada çıxış edəcək.
Qeyd edək ki, Ozan “Bursaspor”a Hollandiyanın “Feyenoord” klubundan transfer olunsa da, bu komandada özünü göstərə bilmədi.
“Bursaspor”da Azərbaycanın əsas yığmasının hücumçusu Dəniz Yılmaz da çıxış edir. Onun da bu qış sözügedən klubdan ayrılması gözlənilir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub