Dünya futbolu
Super Liqa klubunda yeni baş məşqçi
Türkiyənin “Alanyaspor” klubunun yeni baş məşq&cc…
Türkiyənin “Alanyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Hikmət Karaman çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub rəhbərliyi yeni baş məşqçi ilə müddəti 2019-cu ilin yayında başa çatacaq müqaviləyə imza atıb.
Karaman bu postda bir neçə gün öncə istefaya göndərilən Safet Suşiçi əvəz edib. Bosniyalı mütəxəssisin rəhbərliyi altında komanda uğursuz çıxış etdiyi üçün, klub rəhbərliyi qarşılıqlı razılıq əsasında onunla yolları ayırıb, yeni baş məşqçi axtarışına çıxmışdı.
“Alanyaspor” ilk dövrədən sonra Super Liqada 18 komanda arasında 18 xalla 13-cü sırada qərarlaşıb.
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
- Milli komanda2024-04-26 17:54
Millimizin təlim-məşq toplanışı olacaq