Ölkə futbolu
“Neftçi”də iki yeni futbolçu
Antalyada təlim-məşq toplanışında olan “Neftçi&rdqu…
Antalyada təlim-məşq toplanışında olan “Neftçi”də iki futbolçu baxışdadı.
Futbolinfo.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi İqor Sikorski və mərakeşli müdafiəçi Roxdi Axente hazırda “ağ-qaralar”ın düşərgəsindədi.
Sikorski yarımmüdafiənin sol cinahında və hücumda çıxış edir. Hər iki ayağı işlək olan 29 yaşlı futbolçu karyerası ərzində “Zarya”, “Stal”, “Dauqava” (Latviya), “Qelios” və “Veres” klublarında çıxış edib. Onun son klubu Ukrayna ikinci liqa təmsilçisi “Nikolayev” olub.
Axente isə müdafiənin sol cinahında və dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. 29 yaşlı futbolçunun da hər iki ayağı işləkdi. Həm Hollandiya, həm də Mərakeş vətəndaşlığı olan futbolçu PSV-nin yetirməsidi. Ancaq Axente bu klubun əsas komandasında çıxış etməyib. O, karyerası ərzində “Eyndhoven”, “Zvolle”, “Vitess”, “Villem II” klublarında oynayıb. Müdafiəçinin son klubu Hollandiya ikinci liqa təmsilçisi “Qou Ehed İqlz” olub. 2014-cü ildən Mərakeş millisinin üzvü olan Roxdi, yığmada 2 oyun keçirib.
Hər iki futbolçunun adı bu gün keçirilən və hazırda davam edən “SKA-Xabarovsk” klubuyla yoxlama oyununun iştirak ərizəsinə daxil edilib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub