Ölkə futbolu
Dmitri Nazarov: “Həmin “partlayış”ı təkrarlaya bilərəm”
"İstirahətim yaxşı keçdi. Yenə Abu-Dabiyə getmişdim…
"İstirahətim yaxşı keçdi. Yenə Abu-Dabiyə getmişdim. Orada hava günəşli idi. Artıq hazıram".
Futbolinfo.az xəbər verir ki, bu sözləri millimizin üzvü Dmitri Nazarov deyib. Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Ersgebirge”nin şərəfini qoruyan yarımmüdafiəçi bu ölkənin mətbuatına açıqlamasında növbəti dəfə öz oyunu ilə “partlayış” edəcəyinə inandığını bildirib:
“Keçən ilki "partlayış"ı təkrarlaya bilərəm. Komandama kömək edə biləcəyimə inanıram. Fasiləyə qədər bəzi uğursuz oyunlarımız olsa da, xallar qazana bildik. Bir çox komandadan üstün tərəflərimiz var. Çempionatda qalmaq uğrunda mübarizədə rəqiblərimiz "Darmştadt", "Braunşveyq", "Kayzerslautern" və "Qroyter" olacaq. Ağıllı şəkildə işləməyə davam etməliyik".
Nazarov ötən mövsüm qış fasiləsindən sonra sərgilədiyi oyunla komandasının 2-ci bundesliqada qalmasında vacib rol oynamışdı.
Qeyd edək ki, Aue təmsilçisi çempionatın 19-cu turu çərçivəsində, yanvarın 24-də “Düsseldorf”un qonağı olacaq. Nazarovun komandası 18 turdan sonra 13-cü pillədə qərarlaşıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO