Bizi izləyin

Müsahibə

Rəşad Sadıqov: “Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdı”

Azərbaycan U-21 millisinin baş məşqçisi Rəşad Sadıqov G&…

blank

Azərbaycan U-21 millisinin baş məşqçisi Rəşad Sadıqov Gürcüstanla 1:1 bitən yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az sizi həmin açıqlamalarla tanış edir:

– Qarşılaşmanı şərh edərdiz…
– Maraqlı oyun alındı. Hər iki komanda həm toplu, həm topsuz düzgün futbol oynamağa çalışırdı. Keyfiyyətli oyun oldu.

– Öncəki matçlardakı rəqiblərlə bugünkünü müqayisə etsəz…
– Fərqli komandalardı. Əgər Albaniya daha çox müdafiə olunur və əks-hücumlara diqqət yetirirdisə, Gürcüstan çalışırdı ki, topla da çox oynasın. Meydanda feyr-pley qaydalarına riayət edən iki komanda var idi. Bu da sevindirici məqamdı. Çalışdılar mehriban şəkildə oyun göstərsinlər. Hər iki komandanı təbrik edirəm.

– Gürcüstanın bəzi əsas heyət üzvləri sayılan futbolçuları bu gün meydanda yox idi. Oyun vaxtı düşündünüzmü ki, onlar olsaydı, görüş necə cərəyan edərdi?
– Bunu fikirləşmədim. Bu dəqiqə elə şeylər mənə maraqlı deyil. Kim hansı heyəti buraxır, kim neçə yaşlılarla oynayır – bunların mənim üçün əhəmiyyəti yoxdu. Bəzi qeyri-peşəkar söhbətlərlə qarşılaşdım ki, guya bizə qarşı Albaniyanın 20 yaşlıları oynayıb. 7 nəfər oynayıb 1998-99-cu illər, bizdə də “Alanyaspor”a qarşı 6 nəfər 1997/98-ci il təvəllüdlü uşaqlar meydanda idi. Onda biz də U-20 ilə oynamışıq. Belə bir məntiq yoxdu. Məlumat olaraq deyim ki, əgər bir nəfər 1997-ci il oynayırsa, bu artıq U-20 deyil. Hamısı 98/99 olsaydı, başqa məsələ. Onların heyətində 4 nəfər daha yaşlı oynayırdısa, bu artıq U-20 deyil. Digər tərəfdən, məşqçinin öz seçimidi  və istənilən yaşda olanı oynada bilər. Mənim heç ağlıma gəlmir ki, U-20-ni, ya U-21-i buraxıram. Yoldaşlıq oyunudu, daha cavanlara şans vermək, heyətdə rotasiyalar etmək normaldı. Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdı. Səhv eləmirəmsə, Albaniya mətbuatında yazılmışdı. Bu məsələ mənim üçün önəmli deyil, sadəcə görürəm, yanlış informasiyalar yayılır. Ona görə də bu açıqlamanı verməyi lazım bildim. Bugünkü matça gəldikdə də, tam heyətin oynayıb-oynamamağı mənim üçün önəmli deyil. Vacib olan odur ki, hər bir futbolçumuz inkişaf etsin. Bizim heyətimizdə də daha gənc futbolçular meydana çıxıb. Hər 3 matçda rotasiyalar etmişəm. Gürcüstan başqa heyətlə meydana çıxsa, yenə də oynayacaqdıq. Uduzsaydıq da, futboldu. Bu gün mütləq qələbə qazanmalıyıq deyə bir məqsəd yoxdu qarşımda. Mənim əsas hədəfim odur ki, uşaqlar yığmanın bundan sonrakı fəlsəfəsinə uyğun futbol oynasınlar və əsas milliyə hazırlaşsınlar. Seçmə mərhələdə 5 oyunumuz qalıb. Qalib gəlsək, nə olacaq, gəlməsək nə olacaq… Qalan matçlarda qlobal bir dəyişiklik etmək mümkün deyil. Biz sistemi oturtmağa çalışırıq ki, bu uşaqlar sabah əsas milliyə gedəndə özlərini itirməsinlər. Belədə onlara daha asan olacaq. İndi mənim üçün qələbə də, məğlubiyyət də, heç-heçə də eynidi. Çalışacağıq ki, rəsmi oyunlarda nəticə olsun. Amma daha vacibi oyun göstərməkdi.

– Son iki oyunda rəqib komandaların fiziki göstəriciləri daha yaxşı görünürdü…
– Bu, məşqlə bağlı deyil. Onların təbiətindən gələn bir şeydi. Mən özüm 1.80 boylü millinin mərkəz müdafiəçisi olmuşam, amma dünyada belə şey yoxdu. İndi baxıram ki, məndən də balaca stoperlər var. Buna görə də alternativ şeyləri düşünməliyik: top saxlamalı, kombinasiyalı, sürətli oyuna üstünlük verməliyik. Nələrləsə həmin çatışmazlığı kompensasiya etməliyik. Alternativ şeylər düşünmək lazımdı. Məşq ilə boyu düzəltmək olmaz.

– Fasiləyə qədər komanda daha baxımlı oyun göstərirdi. İkinci hissədə nə baş verdi?
– Birinci hissədə də təxminən 10 dəqiqə oyunun ritmini itirmişdik. Fasilədən sonra da ilk 10-15 dəqiqə çətin oldu. Amma ondan sonra başabaş oyun getdi. Sadəcə oyunun əvvəllərində elədiyimiz pressinqi sonadək davam etdirə bilmədik. Çünki rəqib də artıq ayılmışdı. Bu, normal şeydi. Uşaqları sürətli futbol oynamağa öyrəşdirməliyik. B nə qədər alınacaq, ya yox, görəcəyik. Nə qədər alınırsa, oyuna diktə etməliyik. Təbii ki, bir baş üstün rəqib olarsa, artıq müdafiədən oynayacağıq. Ancaq bizdən çox az güclü olan rəqiblərə qarşı meydanda dominant olmalıyıq. Ən azından buna cəhd etməliyik.

– Bu komandanın əsas çatışmazlığı nədi? Bir də artıq futbolçular başa düşüblərmi ki, Rəşad Sadıqov onlardan nə istəyir?
– Problemlər haqda danışmaq istəmirəm. Mənə qədər burda nə olub-olmadığını müzakirə etmək mənasızdı. Bəlkə mənim vaxtımda da problemlər olacaq və sonrakı məşqçi onlardan gileylənəcək. Sadəcə öz fəlsəfəmi yeritməyə çalışıram. Məndən əvvəl də yaxşı nəticələr olub müəyyən vaxtlarda. Mənim fəlsəfəm bir qədər fərqlidi. Bunu uşaqlara yeritməyə çalışıram. Komandadan razıyam. Bütün oyunlarda uşaqlar xoşuma gəliblər. Sadəcə istəyirəm, daha da peşəkarlaşsınlar.

– İdman tonosu sevir. Ancaq bu uşaqlar klublarında çox meydana çıxmırlar…
– Məni əsas narahat edən məqam odu ki, bu uşaqlar klublarında oynayacaqlar, ya yox. Meydana çıxsalar, bəsdi. Bu, əsas şərtdi. Klublarımızın məşqçiləri kifayət qədər peşəkardı. Uşaqlara deyirəm ki, "dirəşib", heyətə düşməlisiz. Əgər siz çlışsaz, məşqçilər buna diqqət edəcəklər. Kim istəməz ki, heyətində cavan oyunçu olsun. Bu uşaqların klubda oynaması şərtdi. (Futbolpress)

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Əvəzedicilər2024-04-18 13:30

“Kəpəz”in futbolçusuna 4 oyunluq cəza

blank
Premyer-liqa2024-04-18 13:14

İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırdı

blank
Milli komanda2024-04-18 13:00

Millimiz İnkişaf turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 12:46

Muradlı liderliyi davam etdirir

blank
Digər idman növləri2024-04-18 12:31

Yığmamızın Polşa toplanışı başa çatdı

blank
Digər idman növləri2024-04-18 12:16

“Hədəfimiz çempionluqdur” – “Azərreyl”in kapitanı

blank
Digər idman növləri2024-04-18 12:00

Azərbaycan gimnastları Dünya Kubokunun finalında

blank
Digər idman növləri2024-04-18 11:47

MBA-da daha bir cütlük məlum oldu

blank
Digər idman növləri2024-04-18 11:30

MHL-də Şərq konfransının çempionu məlum oldu

blank
Müsahibə2024-04-18 11:11

Yusif üçün hər matç final olacaq: “Son saniyələrdə qələbəni əldən vermək üzücüdür”

blank
Dünya futbolu2024-04-18 10:54

Ronaldo məhkəmədə qalib gəldi

blank
Digər idman növləri2024-04-18 10:37

Nicat yenə uduzdu

blank
Dünya futbolu2024-04-18 10:20

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-18 10:02

Formula 1-in rəhbəri 25-ci mərhələnin mümkünlüyündən danışdı

blank
Ölkə futbolu2024-04-18 09:45

Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq

blank
Dünya futbolu2024-04-18 09:28

“Beşiktaş” Sərgən Yalçına təklif göndərməyəcək

blank
Dünya futbolu2024-04-18 09:09

“Fənərbaxça” “Olimpiakos”a qarşı

blank
Dünya futbolu2024-04-18 08:52

“Traktor” baş məşqçsiz qaldı – İsraillə münaqişəyə görə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm