Dünya futbolu
“Arsenal” da finalda! – VİDEO
Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsi…
Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə Premyer Liqanın lideri “Mançester Siti” səfərdə “Bristol Siti” ilə qarşılaşıb. Mançester təmsilçisi öz meydanında olduğu kimi, cavab görüşündə də qalib gələn tərəf olub. Nəticədə, bu komanda adını finala yazdırıb.
Digər yarımfinal görüşündə son İngiltərə çempionu “Çelsi” “Arsenal”la münasibətlərinə aydınlıq gətirib. London klubları arasındakı ilk oyunda qapılara qol vurulmamışdı. Lakin bu dəfə 3 qolun qeydə alındığı dueldən qalib ayrılan "Arsenal" olub. Nəticədə, "topçular" finala yüksəliblər.
"Mançester Siti" və "Arsenal" arasında keçiriləcək final qarşılaşması fevralın 25-də baş tutacaq.
İngiltərə Liqa Kuboku
Yarımfinalın cavab oyunları
23 yanvar
Bristol Siti – Mançester Siti 2:3 (ilk oyun 1:2)
24 yanvar
Arsenal – Çelsi 2:1 (0:0)