Ölkə futbolu
UEFA Azərbaycan çempionu ilə bağlı səhvə yol verdi (FOTO)
UEFA-nın rəsmi saytı futzal üzrə Azərbaycan çempionu …
UEFA-nın rəsmi saytı futzal üzrə Azərbaycan çempionu “Araz”la bağlı səhvə yol verib. Futbolinfo.az xəbər verir ki, sözügedən səhv Naxçıvan təmsilçisinin loqotipi ilə bağlıdı.
Belə ki, UEFA Kubokunda çıxış edəcək “Araz”ın səhifəsində loqotip qismində İmişlinin “MKT-Araz” komandasının loqotipi göstərilib. Çox güman ki, bu, sözügedən klubların adındakı “Araz” adının eyniliyi ilə bağlıdı və qitə futbol qurumunun əməkdaşları komandaların tam fərqli olduğundan xəbərsizdilər. Ən azı ona görə ki, futbol klubu olan “MKT-Araz” artıq çoxdan tarixin yaddaşına köçüb. “Araz” isə futzal klubudu və fəaliyyətini davam etdirir.
Güman ki, bu yanlışlıq AFFA və “Araz” rəsmilərinin UEFA-ya müraciətindən sonra aradan qaldırılar. Təbii ki, müraciət olunsa…