Ölkə futbolu
“Qəbələ” günü tək məşqlə bitirdi
“Qəbələ” 2017/18 mövsümünün ikinci …
“Qəbələ” 2017/18 mövsümünün ikinci yarısına hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının ikinci mərhələsinin 5-ci gününü başa vurub. Komanda günü tək məşqlə tamamlayıb.
Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında çalışan komanda günün ilk yarısında hazırlıq keçib. Məşq meydanda baş tutub. Futbolçular qruplara bölünərək məşq edib. Onlar qrup halında toplu və topsuz çalışmaları yerinə yetirib.