Ölkə futbolu
Üçüncü yoxlama matçında ilk qələbə
Birinci Divizion təmsilçisi “Binə” qış toplanı…
Birinci Divizion təmsilçisi “Binə” qış toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi üçüncü sınaq matçında “Qarabağ”ın əvəzedicilərdən ibarət komandası ilə qarşılaşıb. Binəlilər bu görüşdə 1:0 hesabıyla qalib gəliblər.
Xatırladaq ki, “Binə” əvvəli yoxlama oyunlarında “Sabah”a və “Neftçi”nin əvəzedicilərdən ibarət komandasına eyni hesabla (1:2) məğlub olmuşdu.