Ölkə futbolu
“Barselona” yarımfinalda – VİDEO
Futbol üzrə İspaniya kubokunda 1/4 final mərhələsinin cavab …
Futbol üzrə İspaniya kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə Madrid “Atletiko”su səfərdə “Sevilya” ilə qarşılaşıb. Doğma meydanda 1:2 hesabıyla uduzan madridlilər səfərdə də məğlub olmaqla kubokda mübarizəni dayandırmaq məcburiyyətində qalıblar. “Sevilya” isə ilk yarımfinalçı olub.
İkinci oyun günündə daha iki görüş baş tutub. "Valensiya" səfərdə "Alaves"lə qarşılaşıb. Səfərdə 1:2 hesabıyla uduzmuş "Alaves" öz meydanında oxşar hesabla üstün olub. Cütün qalibi isəb penalti seriyasında müəyyənləşib və daha dəqiq olan "Valensiya" yarımfinala yüksələn tərəf olub.
Madrid "Real"ı ısə evdə "Leqanes"lə qarşılaşıb. Maraqlıdı ki, səfərdə bu rəqibinə qalib gələn paytaxt klubu doğma meydanda gözlənilməz məğlubiyyətlə üzləşib. Nəticədə, "Leqanes" "Real"ı mübarizədən kənarlaşdırıb.
Son gündə "Barselona" doğma meydanda "Espanyol"la üz-üzə gəlib. Səfərdə minimal hesabla məğlub olmuş Kataloniya təmsilçisi 2 cavabsız qolla qalib gələrək, yarimfinala yüksəlib.
İspaniya Kuboku
1/4 finalın cavab oyunları
23 yanvar
Sevilya – Atletiko 3:1 (ilk oyun 2:1)
24 yanvar
Alaves – Valensiya 2:1 (1:2, penaltilər 2:3)
Real – Leqanes 1:2 (1:0)
25 yanvar
Barselona – Espanyol 2:0 (0:1)