Dünya futbolu
“Liverpul”u kubokdan qovdular
Futbol üzrə İngiltərə Kubokunda dördüncü mərh…
Futbol üzrə İngiltərə Kubokunda dördüncü mərhələnin oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Mançester Yunayted” səfərdə “Yovil Taun”a 4 cavabsız qolla qalib gələrək, növbəti mərhələyə yüksəlib. “Şeffild Uensdey” isə “Ridinq”dən üstün olub.
Əksər qarşılaşmalar ikinci oyun gününə təsadüf edib. "Liverpul" doğma meydanda "Vest Bromviç"ə uduzaraq, mübarizəni erkən dayandırmalı olub.
"Tottenhem" isə səfərdə aşağı liqa təmsilçisi "Nyuport Kaunti" ilə bərabərə qalıb. Bu komandalar qalibi təkrar qarşılaşmada müəyyənləşdirəcəklər. Bu, heç-heçə başa çatan digər görüşlərin iştirakçılarına da aiddi.
İngiltərə Kuboku, 4-cü mərhələ
26 yanvar
Şeffild Uensdey – Ridinq – 3:1
Yovil Taun – Mançester Yunayted 0:4
27 yanvar
Piterboro – Lester Siti 1:5
Haddersfild – Birmingem 1:1
Hall Siti – Nottingem Forest 2:1
Middlsbro – Brayton 0:1
Milluoll – Roçdeyl 2:2
Milton Kins Dons – Koventri Siti 0:1
Notts Kaunti – Suonsi Siti 1:1
Şeffild Yunayted – Preston Nort End 1:0
Sauthempton – Uotford 1:0
Uiqan – Vest Hem 2:0
Nyuport Kaunti – Tottenhem 1:1
Liverpul – Vest Bromviç 2:3
28 yanvar
17:30. Çelsi – Nyukasl
20:00. Kardiff Siti – Mançester Siti