Dünya futbolu
Araz Abdullayev növbəti turu da buraxacaq
Futbol üzrə Azərbaycan millisinin və Kiprin “Anortosis&r…
Futbol üzrə Azərbaycan millisinin və Kiprin “Anortosis” klubunun yarımmüdafiəçisi Araz Abdullayevin zədədən əziyyət çəkdiyini xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu hələ də müalicə alır. Bu üzdən o, ölkə çempionatının sabah keçiriləcək Nikosiya “Omoniya”sı ilə ev oyununu da buraxmalı olacaq. Bu barədə klubun rəsmi saytının yaydığı məlumatda bildirilir. Famaqusta təmsilçisinin Arazın durumuyla bağlı yaydığı məlumatda qeyd edilir ki, futbolçu zədəsini sağaldaraq fərdi çalışmalara başlayıb. Lakin Abdullayev kollektiv məşqlərdən kənarda qalıb. O, fərdi məşqlər etməklə, qaçışla və fitnessdə çalışmaqla kifayətlənir. Onun nə vaxt tam hazır olacağı bilinmir.
Xatırladaq ki, futbolçumuz ötən turda “Pafos”la səfər oyununda da komandasına kömək edə bilməmişdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”