Dünya futbolu
ÇL: MS-dən darmadağın, “Yuventus”la “Tottenhem”dən bərabərlik
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veri…
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
ÇL-in son finalçısı, İtaliya çempionu “Yuventus” doğma meydanda İngiltərənin “Tottenhem” klubunu sınağa çəkib. Turin təmsilçisi iki erkən qolla hesabda önə keçsə də, bu üstünlüyünü qoruya bilməyib. Qalan dəqiqələrdə İngiltərə təmsilçisi buraxılan qolların əvəzini çıxa bilib və qarşılaşma heç-heçə başa çatıb.
Günün digər qarşılaşmasında isə İsveçrənin “Bazel” klubu İngiltərə Premyer Liqasının lideri olan “Mançester Siti”ni qəbul edib. Bu oyunda qonaq komanda darmadağınla qalib gələrək, demək olar ki, 1/4 finala vəsiqəni təmin edib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
13 fevral
“Yuventus” – “Tottenhem” 2:2
Qol: İquayn, 2; 9-pen. – Keyn, 35. Eriksen, 71.
“Bazel” – “Mançester Siti” 0:4
Qol: Gündoğan, 14; 53. Silva, 18. Aquero, 23.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”