Dünya futbolu
Neymarı PSJ-yə aparan menecer Levandovski ilə əməkdaşlığa başladı
Futbol üzrə Polşa yığmasının və Almaniyanın “Bavari…
Futbol üzrə Polşa yığmasının və Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski bundan sonra yeni agentlə çalışacaq.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu israilli Pini Zahavi ilə anlaşıb. Bu barədə sözügedən menecer “Przeglad Sportowy” nəşrinə açıqlamasında məlumat verib:
“Levandovskiyə kömək etmək üçün əlimdən gələni edəcəyəm. O, dünyanın ən yaxşı hücumçusudu. Şadam ki, belə bir futbolçu ilə əməkdaşlıq etməyə başlamışam. Robert “Real”da oynayacaqmı? Mənim çalışmaq vaxtım çatıb”.
Qeyd edək ki, Zahavi braziliyalı hücumçu Neymarin İspaniyanın “Barselona” klubundan PSJ-yə (Fransa) transferində iştirak edib. Hansı ki, həmin transfer dünya futbolunda ən bahalı keçid kimi tarixə düşüb (222 milyon avro).
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək