Ölkə futbolu
Maksimovun 2-ci istefası: yenə Axundova görə
Zaur Axundov nə əcəb təkzib vermir? Niyə demir ki, Azərbaycan m?…
Zaur Axundov nə əcəb təkzib vermir? Niyə demir ki, Azərbaycan mətbuatı “sıfırdı, boşluqdu”? Bəlkə “Keşlə”nin Müşahidə Şurasının sədrinin deməyə sözü qurtarıb?
“Neftçi” ilə oyundan sonra Yuri Maksimov yenə istefadan danışdı. Ukraynalı baş məşqçi jurnalistlərlə vidalaşmağı lazım bildi: “Uşaqlar yaxşı oynadılar. İki dəfə hesabda geri düşsək də, tarazlığı bərpa etdik. Amma sonra 3-cü qolu buraxdıq. Öz səhvimi etiraf etmək istəyirəm. Deniz Silvanı dəyişməklə səhv etdim. O, zədə aldı, yorulduğunu hiss etdim. Son dəqiqələrdə qol buraxdıq. Günah məndədi. Futbolçular layiqli şəkildə mübarizə apardılar. Emosiyalarıma qapılıb, başqa sözlər demək istəmirəm. Ola bilsin ki, bu, mənim sonuncu oyunum idi. Hər birinizə “sağ ol” deyirəm”.
Bu, Maksimovun ikinci istefasıdı. Birincini futbolçulara çatdırmış, “Futbolinfo” məşqçinin Axundovun onun işinə qarışmasına görə belə addım atdığını ictimailəşdirmişdi. Məhz bundan sonra klub rəhbərliyinə sponsorlar tərəfindən qulaqburması verilmiş, məşqçiylə barışıq əldə olunmuşdu. Lakin Maksimov heç yerdə istefa vermədiyini deməmişdi.
İndi ukraynalı bunu jurnalistlər qarşısında etdi. Deməli, təkzib üçün də əlyeri yoxdu. Baxmayaraq ki, klub elə dünən mətbuata Maksimovun qalacağı ilə bağlı informasiya sızdırdı. Guya ki, emosional olub, qəflətən belə söyləyib, amma mövsümün sonuna kimi postunda qalacaq.
Maksimovun bu istefası həqiqətən getmək cəhdi deyil. O, rəhbərliyin yenə onun işinə qarışmasına etirazını bu yolla çatdırır. Yəqin ki, sponsorlara bu barədə hesabat verəcək, qərarının səbəbini bildirəcək.
Artıq bizə səbəb bəllidi. Belə ki, matç bitəndən sonra Axundov paltardəyişmə otağında növbəti dəfə “özfəaliyyət”lə məşğul olub. O, futbolçuları söyüb, onlarla ən sərt şəkildə danışıb. Məğlubiyyətin hesabatını təhqir etməklə soruşan sədrin bu hərəkəti isə Maksimovun mətbuat konfransında dediklərinə rəvac verib.
Dünənki oyundan sonra paltardəyişmə otağındakı səs-küyün davamı yəqin ki, olacaq, məsələ klub daxilində müzakirə olunacaq. Fərqli xarakterlərə malik olan Maksimovla Axundovun münasibətləri gərginliyin son həddindədi. Ya əsəbləri dözməyən ukraynalı, ya da belə davranışın qarşılığında sponsorlardan cavabını alacaq Zaur bəy getməlidi.
Amma Maksimov sabah da komandanı məşqə çıxaracaq – bunu bizə klubun mətbuat xidmətindən dedilər. Onun növbəti matçdan sonrakı fasilə dövründə yekun qəraı verməsi mümkündü – bunu isə biz ehtimal edirik.
CAVAD
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir