Premyer-liqa
Yevgeni Koçuk: “Əlverişli epizodlardan pis istifadə edirik”
“Kifayət qədər maraqlı oyun alındı. “Neftçi&r…
“Kifayət qədər maraqlı oyun alındı. “Neftçi” yaxşı rəqibdi, topa yaxşı nəzarət edir. Lakin bizim də qol imkanlarımız oldu. Bu, hesab 0:0 olduğu vaxt da, 0:1 hesabı ilə geri düşdükdən sonra da baş verdi".
Futbolinfo.az xəbər verir ki, bunu "Səbail"in futbolçusu Yevgeni Koçuk səfərdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 21-ci tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. Moldovalı futbolçu bildirib ki, qol imkanlarından maksimum yararlanmaq lazımdı:
“Əlverişli epizodlardan pis istifadə edirik. Bunun üzərində çalışacaq, məşqlərdə qapıya daha çox dəqiq zərbələr endirməyə diqqət yetirəcək və gələcək matçlarda qollar vuracağıq".
Barışmaz oyununu meydanda dostunun olmaması ilə əlaqələndirən 25 yaşlı oyunçunun fikrincə, qalib gəlmək istəyən hər kəs belə çıxış etməlidi. O, ilk yarıda "Səbail"in, ikinci hissədə isə "Neftçi"nin daha yaxşı oynaması fikri ilə razılaşmayıb: "Bilmirəm ki, bu barədə nə deyim. Çünki özüm belə bir şey hiss etmədim. Düzdü, ikinci hissədə topa nəzarətdə "Neftçi" daha üstün idi. Amma topa nəzarətlə qol imkanı yaratmaq fərqli anlayışlardı. Qoladək belə hal görmədik".
Koçuk ikinci hissədə əvəzlənməsini kiçik zədəyə bağlayıb: "Bu səbəbdən, özümü yaxşı hiss etmirdim".
Qeyd edək ki, "Səbail"ə qış fasiləsində cəlb olunmuş Yevgeni Koçuk "Neftçi" ilə görüşdə 79 dəqiqə meydanda olub.