Milli komanda
Yığmamız beynəlxalq turnirdə iştirak edəcək
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komanda…
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası aprelin 22-dən 28-dək Türkiyənin Antalya şəhərində təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək.
Futbolinfo.az xəbər verir ki, Türkiyə, Gürcüstan və Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığmalarının da iştirak edəcəyi yarışa hazırlıq məqsədilə U-16 aprelin 15-dən-21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Yığmamızın turnirdəki oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
23 aprel. Saat 15:00
Yunanıstan – Azərbaycan
25 aprel. Saat 17:00
Türkiyə – Azərbaycan
27 aprel. Saat 14:00
Gürcüstan – Azərbaycan
Qeyd: Oyunların başlama saatı yerli vaxtla göstərilib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”