Ölkə futbolu
Zimbabve millisinin üzvü “Qarabağ”da?!
“Qarabağ”ın qış fasiləsində transfer etməyə &ccedi…
“Qarabağ”ın qış fasiləsində transfer etməyə çalışdığı Xama Billiatın Ağdam klubuna keçidi reallaşmaq üzrədi. Bu barədə məlumatı Cənubi Afrika mətbuatı yayıb.
Bildirilir ki, yayda "Mamelodi Sandauns"u 2 futbolçu – Persi Tau və Xama Billiat tərk edəcək. Hər iki oyunçu Avropaya köçəcək. Belə ki, Taunun İsveç, Billiatın isə Azərbaycana yollanması gözlənilir.
Tau ilə müqayisədə Billiatın məsələsi daha realdı: “Tau İsveç klubunun maraq dairəsindədi. Onlar bir neçə dəfə futbolçunun oyununu izləmək üçün nümayəndə göndəriblər. Ancaq hələ ki, "Mamelodi Sandauns"a konkret təklif etməyiblər. O, Fransa və Belçika klublarının da gündəmindədi. O ki qaldı Billiata, hücumçu artıq qərarını verib. O, yayda “Qarabağ”a keçməyi nəzərdə tutub”.
Qeyd edək ki, "Mamelodi Sandauns"la müqavilə müddəti yaya qədər olan Xama Billiatın keçidi baş tutarsa, o, “Qarabağ”a havayı başa gələcək. Zimbabve millisinin üzvü 2013-cü ildən Cənubi Afrika klubunun formasını geyinir.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”