Ölkə futbolu
Samir Abasov qovuldu
Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin il…
Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Keşlə” “Sumqayıt”ı qəbul edir.
Futbolinfo.az xəbər verir ki, “İnter Arena”da keçirilən oyunun son dəqiqələrində gərgin anlar yaşanıb. Belə ki, matçın baş hakimi Rəhim Həsənov epizodlardan birinə sərt etiraz edən qonaq komandanın baş məşqçisi Samir Abasovu tribunaya göndərib.
FİFA referisinin bu qərarı Abasovun özünün və “Sumqayıt”ın məşqçilər korpusunun kəskin etirazına səbəb olub. Bir müddət qışqıraraq baş hakimə və ehtiyat hakimə etiraz edən gənc mütəxəssis sonda referinin qərarına əməl edib.
Hazırda son dəqiqələri oynanılan qarşılaşmada hesab açılmayıb.
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-08 15:17
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron