Ölkə futbolu
“Qarabağ”ı gözləyən uğurlu püşk
Azərbaycan çempionu “Qarabağ”ın avrokubokların …
Azərbaycan çempionu “Qarabağ”ın avrokubokların qarşıdakı mövsümündəki çıxışı ilə bağlı daha bir məqam dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının təkcə I deyil, həm də II təsnifat mərhələsində səpələnmişlər səbətində yer alacaq.
Bunun dəqiqləşməsinə bir sıra ölkələrdə çempionların müəyyənləşməsi səbəb olub. Nəticədə Ağdam klubu II təsnifat mərhələsinin ən yaxşıları sırasında yer alıb.
Bu da o deməkdi ki, iyunun 19-da keçiriləcək ilk iki mərhələnin püşkü “Qarabağ” üçün uğurlu olacaq. Çempionumuzun ilk rəqibi səpələnməmişlərdən, yəni “dişinə görə” olacaqsa, həmin cütlük II raundun püşkündə səpələnəcək.
“Qarabağ” yarışda iştirakı dəqiqləşən komandalar arasında həm I, həm də II təsnifat mərhələsinin 4-cü komandasıdı. Ağdam klubu UEFA əmsallarına görə hələlik “Lüdoqorets” (Bolqarıstan), “Seltik” (Şotlandiya) və “Astana”dan (Qazaxıstan) geri qalır.
Göstəricisi 20,500-ə bərabər olan çempionumuzu Sloveniya, İsrail, Polşa və Kipr təmsilçiləri də arxada qoya bilər. Lakin ən pis halda “Qarabağ” I təsnifat mərhələsində 20 səpələnmiş arasında 8-ci komanda kimi düşəcək. Bu, II təsnifat mərhələsində 10 səpələnmişdən biri olmaq üçün də yetərlidi. Çünki Rumıniya və Avstriyada daha yüksək əmsala malik komandalar çempion olsa da, “Qarabağ” 10-cu yerlə səpələnmişlərdən sonuncu kimi güclülər səbətinə düşəcək.
Düzdü, bir məqam da var ki, BATE də Azərbaycan çempionu ilə eyni nəticəyə malikdi. Lakin əlavə göstəricidə Qurbanovun yetirmələri öndədi.
I təsnifat mərhələsində minimum 8-ci, II təsnifat mərhələsində isə ən pisi 10-cu olmaq növbəti raund barədə danışmaq üçün kifayət etmir. Hələlik III təsnifat mərhələsində çempionumuzun səbəti haqda mülahizə yürütmək tezdi. Həm çempionların əksərinin bilinməməsi, həm də ilk iki raundun nəticələri həlledici olacaq. Cəmi 6 komandanın səpələnəcəyi III təsnifat mərhələsində güclülər səbətinə düşmək ehtimalı hələlik 50 faizə yaxındı. (Apasport)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”