Premyer-liqa
“Xəzər Lənkəran”ın üzvləri qonaqlıqda (FOTOLAR)
Bu gün günorta yeməyindən sonra “Xəzər Lənkəran&…
Bu gün günorta yeməyindən sonra “Xəzər Lənkəran”ın futbolçuları və məşqçilər korpusu Lənkəranda yerləşən “Panço” şirniyyat evində olublar. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, adıçəkilən müəissə kollektivinin “Xəzər Lənkəran”ı Azərbaycan Super Kubokunu qazanması münasibətilə dəvətini qəbul edən komanda şirniyyat masası arxasında oturub.
Öncə Azərbaycan Super Kubokunun əksi olan böyük tortu kapitan Rahid Əmirquliyev alqışlar altında kəsib. 40 dəqiqə müddətində davam edən görüşdə “Panço” şirniyyat evinin kollektivi komandanı müxtəlif şirniyyatlara qonaq ediv və “Xəzər Lənkəran”ın uğurundan fərəhləndiklərini bildirirək komandaya qarşıdakı oyunlarda da uğurlar diləyiblər.
Daha sonra “Xəzər Lənkəran”ın futbolçuları Heydər Əliyev mərkəzində olaraq Ulu Öndərin həyatını əks etdirən muzeylə tanış olublar. Futbolçulara Heydər Əliyev muzeyindəki eksponatlar haqqında geniş məlumat verilib.