Milli komanda
Millimiz Slovakiya ilə heç-heçə etdi, ABŞ-a rəqib oldu
2000-ci il təvəllüdlü futbolçular arasında Slovaki…
2000-ci il təvəllüdlü futbolçular arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 3-cü turda Slovakiya komandası ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra hesabındakı xalları 4-ə çatdıran yığmamız qrupda 2-ci yeri tutub. Turnirin əsasnaməsinə uyğun olaraq, qrup qalibləri finalda, 2-ci pilləni tutan komandalar isə 3-cü yer uğrunda oyunda mübarizə aparmalıdı.
Yığmamız sabah keçiriləcək 3-cü yer uğrunda oyunda digər qrupun 2-cisi olan Amerika Birləşmiş Ştatları komandası ilə qarşılaşacaq.
Finalda isə Slovakiya və Çexiya üz-üzə gələcək.
Slovakiya – 7, Azərbaycan – 4, Uels – 3, Macarıstan – 3.