Premyer-liqa
Millimizin baş məşqçisi: “Qələbəyə bərabər heç-heçə etdik”
Slovakiyada keçirilən beynəlxalq turnirdə meydan sahibləri …
Slovakiyada keçirilən beynəlxalq turnirdə meydan sahibləri ilə qolsuz bərabərə qalan 19 yaşadək futbolçulardan ibarət yığma komandamızın baş məşqçisi Vüqar Məmməd matçla bağlı fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis yetirmələrinin qələbəyə bərabər heç-heçə etdiklərini deyib:
“Bu gün turnirin ən güclü və ən məhsuldar komandalarından biri ilə qarşılaşdıq. Slovakiya yığmasını finala vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Qələbəyə bərabər heç-heçə etdik. Turnir çox sıx qrafik üzrə keçirilir. Ancaq belə bir vəziyyətdə dayanmadan çalışan futbolçularıma və hər bir mütəxəssisə təşəkkür edirəm. Bununla belə, böyük işlər görmək üçün daha çox çalışmalıyıq. Artıq Amerika Birləşmiş Ştatları yığması ilə oyuna hazırlaşmalıyıq”.