Milli komanda
Qırğızıstan millisi Bakıya bu heyətlə gəlir
Azərbaycan yığması ilə yoxlama oyununda üz-üzə gələc…
Azərbaycan yığması ilə yoxlama oyununda üz-üzə gələcək Qırğızıstan millisinin heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, qırğızların baş məşqçisi Aleksandr Krestinin millimizlə oyun üçün 23 futbolçuya dəvət göndərib. Asiyalılar mayın 22-dən 30-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Mayın 29-da keçiriləcək Azərbaycan – Qırğızıstan matçı Bakı Olimpiya Stadionunda baş tutacaq.
Qapıçılar: Kutman Kadırbekov, Valeri Kaşuba (hər ikisi “Dordoy”), Kalıs Akimaliyev (“Abdış-Ata”);
Müdafiəçilər: Kursanbek Şeratov, Tamirlan Kozubayev, Baxtiyar Duyşobekov, Askarbek Saliyev, Avazbek Otkeyev, Mustafa Yusupov (hamısı “Dordoy”), Amanbek Manıbekov (“Abdış-Ata”), Şerzot Şakirov (“Neftçi”);
Yarımmüdafiəçilər: Pavel Sidorenko, Aziz Sıdıkov, İslam Şamşiyev, Murolimjon Axmedov, Kayrat Jırqalbekuulu, Bekjan Saqınbayev (hamısı “Dordoy”), Odiljon Abduraxmanov (“Alay”), Farxat Musabekov (“İlbirs”), Alimardon Şukurov (“Abdış-Ata”), Tursunali Rustamov (“Alqa”);
Hücumçular: Mirlan Murzaev (“Somaspor”, Türkiyə), Roman Levçenko (“Torpedo”, Şadrinsk, Rusiya).
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək