Bizi izləyin

Layihə

İdman mətbuatı bu gün – VI yazı

(əvvəli bu linkdə)

 

Mediayla münasibətlərin tən…

blank
 
Mediayla münasibətlərin tənzimlənməsi, onlara münasibət daha çox AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin üzərinə düşən məsuliyyətdi. Bu qurumunn rəhbəri vəzifəsində çalışarkən Mikayıl Nərimanoğlu əksəriyyətin qınaq obyekti idi. Əsas işini unudub, həm də “Kəpəz”də Müşahidə Şurasının sədr müavini, dolayısı ilə AFFA-nın ayırdığı maliyyəyə nəzarətçi olan Mikayıl bəy jurnalistləri tamam unutmuşdu. Başı Gəncə klubunun büdcəsini dağıtmağa, oğurluğa qarışmışdı. O, dimdiyindən ilişdi və futbol təsərrüfatından birdəfəlik rədd edildi. Əslində, haqqında cinayət işi açılmalıydı, amma görünür, qamarladıqlarından himayədarlarına da pay ötürdüyü üçün sakitcə yola salındı.
 
Nərimanoğlunu əvəz edən Firuz Abdullaya görə çox sevinmişdik. Daim jurnalistlərin əhatəsində olan, camiəni tanıyan biri kimi, o, AFFA rəhbərliyini təbliğatı qurmağın vacibliyinə inandırmalı idi. Lakin vəzifə bu insanı da dəyişib, deyəsən. “Səbail”də, “CBC Sport”da, müxtəlif komitələrdə özünə əlavə iş yerləri təmin edincə, Mikayıl bəyə rəhmət oxutdurur dəyərli həmkarımız.
 
AFFA-nın baş katibi Elxan Məmmədov Firuz bəy vəzifəyə təyin olunarkən mediaya fərqli münasibət olacağını, Mikayıl bəyin səhvlərinin təkrarlanmayacağını demişdi. Hətta yeni departament rəhbərindən mediayla bağlı konsepsiya gözlədiyini demişdi. Həmin vədin bir ili tamamlanır, ortada isə heç nə yoxdu – Firuz Abdullanın konsepsiyası özünü qorumaqdan, mediayla məsafəni bir az da gen tutmaqdan və Media Komitəsi layihəsinin üzərindən xətt çəkməkdən ibarət imiş.
 
İndi Firuz bəy əsl məmur kimi davranır. İndi o, AFFA-dan maliyyələşən klublar üçün “boz kardinal”dı, onlara mətbuat katiblərinin, mətbuatla münasibətlərin strategiyasının müəyyənləşməsində əsas söz sahibidi. Departamentində çalışan işçilər isə fərqli qazanc mənbələri ilə təmin edilib – biri Futzal Federasiyasında, digəri “Səbail”də, qalanları da monopoliyalarında olan müxtəlif sahələrdə maaşının üstünə maaş gətirir. Bu da ümidlər bəslədiyimiz departament rəhbərinin yeni konsepsiyası.
 
Firuz bəy “CBC Sport”da da gözə görünməyən idarəçidi. AFFA-nın layihəsi olan, SOCAR-dan maliyyələşən bu telekanal sifarişlər əsasında fəaliyyət göstərir. Burada Elxan Məmmədovun və onun monopoliyasında olan klublar və qurumlar haqda sağlam tənqid də görə bilməzsən. Baş katibin sifarişləri öz fəaliyyəti görünməyən rəhbər Volkan Üstə diqtə edir. Hətta hansı oyunda kimin şərhçi olması, kimin hansı verilişdə görünməsi də ümumi nəzarətdədi. Mediayla bağlı konsepsiya bu olsun gərək…
 
Həmkarımız həm də katibin katibi kimi davranır. Ona hansısa məsələylə bağlı müraciət edəndə adətən “Elxan Məmmədov ölkədə yoxdu, gəlsin, dəqiqləşdirim” deyə cavab verir. Baş katib işdə olanda da ondan fikir öyrənmədən nəsə deyə bilmir. Halbuki mətbuat xidmətinin öz mövqeyi, bütün suallara cavab verəcək bacarığa və ixtiyara sahib olmalıdı. Firuz bəysə özünü AFFA-nın yox, Məmmədovun mətbuat katibi kimi aparır. Halbuki o, departament rəhbəridi, nüfuz sahibi olmalı, kimdənsə asılı vəziyyətdə fəaliyyət göstərməməlidi.
 
Həmkarımız Elçin Cəlilov AFFA-nın mәtbuat xidmәtinin işindən razı deyil: “Mətbuat xidmətinin işi – bu ifadәnin tәsdiqi üçün ortada real islahatlar/nәticәlәr görmәliyik. Mikayıl Nәrimanoğlunun bu postda islahatlarını görmәdik. Biz nәyisә qabartmasaq, tәşәbbüs olmurdu. Onun mәlum gedişindәn sonra o posta tәyin olunan Firuz Abdullanın isә fәrqlilik gәtirib-gәtirmәyәcәyini elә tәyinat әrәfәsindә AFFA-nın baş katibi Elxan Mәmmәdovdan soruşmuşduq. O, bildirmişdi ki,  Nәrimanoğlu çox ciddi sәhvlәr buraxmışdı, daha belә olmayacaq vә s. Hәtta inamlı tәrzdә bildirdi ki, Firuz Abdullanın media ilә münasibәtlәri daha yaxşıdır vә o, tezliklә yeni konsepsiya hazırlayacaq. Mәnim dә Firuz Abdullayla münasibәtim camiәmizdәkilәrә yaxsı mәlumdur. Ona hörmәtim böyük olub vә olacaq da. Ancaq özüylә iki dәfә geniş söhbәtimizdә bildirmişәm, islahatlar olmalıdı vә bunun mәsuliyyәtini dәrk etmәlidi. 8 ay keçib. Bu müddәtdә dәyişiklik hiss edәn olubmu? Әksinә, Media Komitәsinin taleyi ritorik sual altına düşüb. Başqa hansısa yenilik dә yoxdu vә yaxın perspektivdә görünmür. Öz camiәmizdә belә bir sohbәt var: Mikayıl Nәrimanoğlu haqda istәdiyimizi yazırdıq. Ancaq indi daha çox gözlәmә mövqeyindәyik. Vә hәr bir seyin dә sonu olur. Belә yanlış tәfәkkür var: AFFA niyә etmәlidi? Kökündәn absurddur. İzahı isә mütlәq olacaq”.
 
İlkin Vaqifoğlu da daim soyuq münasibət görənlərdəndi: “Saytımız 2012-ci ildən fəaliyyət göstərir və bu müddətdə AFFA-dan isti münasibət gördüyümüzü deyə bilmərəm. AFFA-nın bəlli bir dostları var və əməkdaşlıqda üstünlüyü onlara verirlər. Mənim onlara heç bir etirazım yoxdu, sadəcə, bu qədər diqqətdən kənarda qalmağımızı da qəbul etmirəm. PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev şəxsiyyətdi. Onun insaniyyəti hesabına media ilə PFL-in münasibətləri normaldı. Şahgəldiyev iş yerini dəyişsə, PFL-lə KİV arasında probemlərin yaranacağını və dərinləşəcəyini əminliklə söyləyərdim. “Neftçi”nin əvvəlki və indiki press-atteşesinin, eləcə də “Qəbələ”, “Sumqayıt” və “Qarabağ”ın mətbuat xidmətlərinin normal çalışdığını qeyd edərdim. Qaldı Mikayıl Nərimanoğlu ilə Firuz Abdullaya, onlar arasında müqayisəni doğru hesab etmirəm. Mikayıl müəllim 10 ildən artıq müddətdə bu postu tutdu və müəyyən işlər gördü. Bu gün də mənim ona böyük hörmətim var. Dəyərli insandı, onun haqda hansısa mənfi yazı, yaxud xəbər mənim Nərimanoğluna münasibətimi dəyişə bilməz. Firuz Abdullanı isə mən “Het-Trik”dən tanıyıram, bir yerdə çalışmışıq. Bacarıqlı və məsuliyyətli kadrdı. O, ağır bir məsuliyyətin altına girib. Fikrimcə, AFFA-nın media ilə iş və əlaqələr məsələsində bəzi dəyişiklər etməlidi. Belə getməz. Məndən ötrü mətbuatda heç kim avtoritet deyil və kimsə düşünürsə ki, onun sözü hamı üçün keçərli olacaq, öz payıma deyirəm ki, yanılır. Firuz bəy MK ilə bağlı yeniliyə nail olsa, böyük iş görmüş olar”.
 
Senan Abdullayevin müqayisəsi maraqlıdı: “Məncə, biz ən azı indiki dönəmdə onları yanaşı qoya bilmərik. Dalınca danışmaq kimi çıxmasın, Nərimanoğlu çoxdan məmur qiyafəsində idi. Yəni, katib hissəsi qalmışdı, mətbuat tərəfi yox. Məhz sonda da o məmur sevdası başına oyuna açdı, biabır oldu. Firuz isə medianın içində olan adam idi, indi də elədi. Gələcəkdə özünü qoruya biləcəyini, yoxsa sələfi kimi havalara uyacağını zaman göstərəcək. O ki qaldı AFFA-nın mətbuat xidmətinin işinə, bu qurum klublar saxlamaq üçün xərclədiyi pulun 1 faizini o şöbəyə ayırsa, ən azından rəzil durumdan qurtularlar. Təsəvvür edin, millinin oyunlarından videolar yerləşdirilir. Mənim 2004-cü ildə bir telefonum var idi. Onunla çəksəm, onların qoyduqlarından daha keyfiyyətli olar. Ləvazimatları yoxdu. Millinin oyunlarından açıqlamalar qoyulanda ancaq yazılı media düşünülür. Bəs yaxşı biz nə edək? Demək olar, bütün klublarda mətbuat xidmətinə məcburi bir şöbə kimi baxılır. Əksəriyyətinin normal ləvazimatları yoxdu. Halbuki klub üçün qəpik-quruşdu. Olanların da bəziləri canlarına əziyyət vermirlər”.
 
Komanda.az-ın rəhbəri Rəşad Ergün isə narazı deyil: “AFFA və PFL-in mətbuat xidmətlərinin işindən narazılığımız yoxdu. Mikayil Nərimanoğlunun media qurumları arasinda ayrı-seckilik etdiyi vaxtlar olurdu və bunu onun ozunə bir necə dəfə demişdim. Firuz Abdulla ilə isə elə bir problem yasamamisiq”.
 
(davamı olacaq)
 
FƏRİD
Reklam

Reklam


blank
Əvəzedicilər2024-05-06 19:29

“Sabah”ın əvəzedicilərindən 8 qolluq darmadağın

blank
Premyer-liqa2024-05-06 19:02

“Səbail” “Qəbələ”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-06 19:00

Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb

blank
Digər idman növləri2024-05-06 18:38

Romadakı turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-05-06 18:19

Nazir Avropa çempionunu qəbul etdi

blank
Digər idman növləri2024-05-06 18:00

Bakı dünyanın “İdman Paytaxtı” seçilib

blank
Digər idman növləri2024-05-06 17:45

AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü

blank
Dünya futbolu2024-05-06 17:31

Ferran icarəyə gedəcək

blank
Digər idman növləri2024-05-06 17:17

Azərbaycan üzgüçülərindən Rusiyada 9 medal

blank
Digər idman növləri2024-05-06 17:02

“Kür” və “Bakı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-06 16:48

Ulduz cütlük ayrıldı

blank
Digər idman növləri2024-05-06 16:31

Yarımfinal oyunlarının tarixləri dəqiqləşdi

blank
Digər idman növləri2024-05-06 16:16

Azərbaycanı AÇ-də 22 samboçu təmsil edəcək

blank
Ölkə futbolu2024-05-06 16:01

Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”

blank
Dünya futbolu2024-05-06 15:47

“Tottenhem” Riçarlisondan narazıdır

blank
Milli komanda2024-05-06 15:32

Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-06 15:15

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Milli komanda2024-05-06 15:01

Azərbaycan yığmasının seçmə mərhələdəki oyunlarının vaxtı bəlli oldu

blank
Ölkə futbolu2024-05-06 14:46

“Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq”

blank
Ölkə futbolu2024-05-06 14:31

“Araz-Naxçıvan”ın kapitanı: “Sözümüzü meydanda deyəcəyik”

blank
Ölkə futbolu2024-05-06 14:16

AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi açıqlandı

blank
Digər idman növləri2024-05-06 14:00

“Real” Korkmazla müqavilə imzalamağa yaxındır

blank
Ölkə futbolu2024-05-06 13:45

Qapıçının ilk qol ötürməsi

blank
Digər2024-05-06 13:28

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

blank
Milli komanda2024-05-06 13:09

Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”

blank
Digər idman növləri2024-05-06 12:52

“Yarımfinal daha sərt keçəcək” – “Xəzri”nin baş məşqçisi

blank
Digər idman növləri2024-05-06 12:35

ATP-nin yeni reytinq cədvəli

blank
Digər idman növləri2024-05-06 12:18

Mitçellin məhsuldarlığı komandasının işinə yaradı

blank
Digər idman növləri2024-05-06 12:01

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisinin məhkəməsi keçirilir

blank
Ölkə futbolu2024-05-06 11:44

FİF Qərb klublarını Gəncəyə topladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm