Dünya futbolu
“Fənərbaxça” İstanbula gətirdiyi futbolçudan imtina etdi – FOTO
Türkiyənin “Fənərbaxça” klubu müqavil?…
Türkiyənin “Fənərbaxça” klubu müqavilə bağlamağa hazırlaşdığı meksikalı yarımmüdafiəçi Marko Fabianın transferindən imtina edib.
Futbolinfo.az xəbər verir ki, 2016-cı ildən Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunda çıxış edən Meksika millisinin üzvü ötən gün İstanbula gəlmişdi. Lakin bu gün tibbi müayinədən keçib müqavilə bağlamalı olan oyunçunun sağlıq problemi olduğu aşkarlanıb. Bu üzdən də “Fənərbaxça” rəhbərliyi onunla müqavilə bağlamaqdan imtina edib.
Qeyd edək ki, Fabian peşəkar karyerasına ölkəsinin “Quadalaxara” klubunda başlayıb. Daha sonra o, “Çivas”, “Krus Asul” klublarında da çıxış edib. 2016-cı ildən isə o, Frankfurt təmsilçisinin uğurları üçün çalışırdı. 29 yaşlı futbolçu bu komandada 49 oyun keçirib, 8 qola imza atıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO