Dünya futbolu
İki futbolçu İngiltərə yığmasından getdi
İngiltərə yığmasının iki futbolçusu milli karyerasını …
İngiltərə yığmasının iki futbolçusu milli karyerasını başa vurduqlarını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, söhbət Ceymi Vardi ilə Qari Kehilldən gedir.
“Lester Siti”nin hücumçusu olan Vardi 31 yaşında millidən getməyə qərar verib. O, Britaniya mətbuatına açıqlamasında millidən gedişini bütün diqqətini klub karyerasına ayırmaqla əlaqələndirib. Ceymi yığmada 26 oyuna 7 qol vurub.
Kehill isə 32 yaşında yığmadan gedib. “Çelsi”nin şərəfini qoruyan mərkəz müdafiəçisi millidə 61 oyun keçirib, 5 qola imza atıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO