Dünya futbolu
“Real”dan ayrıldı, “Rio Ave”yə keçdi
Portuqaliyalı futbolçu Fabio Koentrao Madrid “Real&rdquo…
Portuqaliyalı futbolçu Fabio Koentrao Madrid “Real”ı ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçi ölkəsinin “Rio Ave” klubuna transfer olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin onun yetirməsi olduğu bu klubla neçə illik müqavilə imzaladığı açıqlanmır.
“Real” Fabionu 2011-ci ildə 30 milyon avroya “Benfika”dan transfer etmişdi. O, “kral klubu”nun heyətində 58 oyun keçirib.
Koentrao ötən mövsümü icarə əsasında “Sportinq”də keçirib. O, bu komandanın heyətində 44 oyun keçirib, 1 qol vurub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”