Ölkə futbolu
“Qəbələ” “Səbail”lə oyuna 5 əskiklə çıxacaq
“Qəbələ” Topaz Premyer Liqasının 2-ci dövrəsin?…
“Qəbələ” Topaz Premyer Liqasının 2-ci dövrəsinə hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə məşqlərə Qəbələdə start verən “qırmızı-qaralar” bu gün Bakıya gəlib. Bölgə təmsilçisi baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında “Bakı”nın təlim-məşq bazasında hazırlıq keçib. Meydanda baş tutan məşq prosesi toplu çalışmalardan ibarət olub.
“Qəbələ” oktyabrın 13-də yoxlama oyununda qüvvəsini sınayacaq. Sözügedən kollektiv Premyer Liqanın digər təmsilçisi “Səbail”lə üz-üzə gələcək. Görüş “Bakı”nın təlim-məşq bazasında baş tutacaq. Yoxlama matçının start fiti saat 16:00-da veriləcək.
Xatırladaq ki, milli komandalara çağırılan futbolçular “qırmızı-qaralar”ın hazırlıq prosesində iştirak etmir. Bunlar Azərbaycan millisinin düşərgəsində olan Təmkin Xəlilzadə, Ürfan Abbasov, U-21-ə çağırılan Amin Seydiyevlə Bəhlul Mustafazadə, həmçinin Toqo yığmasında olan Lalavele Atakoradı.
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir