Layihə
GÜNÜN SUALI: Klublar Komitəsi niyə toplaşmır?
AFFA Klublar Komitəsi yenə qeybə çəkilib. Baş katib Elxan …
AFFA Klublar Komitəsi yenə qeybə çəkilib. Baş katib Elxan Məmmədovun təşəbbüsü ilə yaradılan, heç bir qərar vermək səlahiyyəti olmayan qondarma qurum haqda kiçik informasiya da yoxdu.
Yeni mövsüm başlayıb, çempionatla bağlı suallar var, lakin qurum yığışmaq üçün səbəb görmür. Halbuki klubları narahat edən xeyli məsələ var. Teleyayımdan gələn pulların 3-cü mövsümdü klublara çatmaması, çempionatın sponsoru olan “Topaz”dan daxil olan vəsaitin iştirakçılara verilməməsi, ardıcıl protokol səhvlərinin yaratdığı narazılıq, bu məsələdə yardımçı olması üçün hakimlərin nəzarəti artırması barədə əsasnaməyə bənd salınması kimi təkliflər müzakirə edilməlidi.
Görünür, Məmmədovun bütün layihələri kimi Klublar Komitəsi oyunu da sona çatıb. Qurumun effektivliyi yoxdu, ona görə də yığışması məsləhət bilinmir. Çünki KK əslində, PFL-ə təzyiq vasitəsi kimi yaradılıb. Hətta belədisə də, komitə yenə yığılmalıdı. Çünki PFL də yuxuya gedib, ən azı onları ayıltmaq və ya lazımsızlığını isbat etmək üçün özünü göstərmək lazımdı.
Ümumiyyətlə, maraqlıdı, ildə minimum 3-4 dəfə yığışması planlaşdırılan Klublar Komitəsi 5 aydı niyə bir araya gəlmir?
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub