Ölkə futbolu
Biabırçılıq: “Səbail” 4-cü dəfə limit pozuntusu gördü
Azərbaycan futbolunda növbəti biabırçılıq. Bir ay ər…
Azərbaycan futbolunda növbəti biabırçılıq. Bir ay ərzində 4-cü dəfə hansısa Premyer Liqa klubu və ya əvəzedicisi texniki məğlubiyyət alacaq.
Maraqlıdı ki, bu dəfə də söhbət “Səbail”dən gedir. Əsas komandası 2 dəfə – “Zirə” və “Qarabağ”la oyunlarda rəqibi səhv etdiyi üçün texniki qələbə qazanan “dənizçilər”, 2-ci dəfə yenilgi alacaqlar. Və hər 2 halda da bu, əvəzedicilərdə reallaşacaq. Daha öncə “Qarabağ-2” ilə heç-heçə bitən matçda limiti pozduğu üçün cəzalanan “Səbail”, bu gün də “Neftçi-2” ilə 1:1 bitən görüşdə qaydalara əməl etməyib. Bayıl təmsilçisi daha yaşlı futbolçunu gənc həmkarının əvəzinə buraxmaqla limiti pozub.