Dünya futbolu
“Monako” yenə xal itirdi, Lion “Olimpik”indən qələbə
Futbol üzrə Fransa çempionatında 11-ci turun oyunları k…
Futbol üzrə Fransa çempionatında 11-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, turun açılış matçında "Nim" doğma meydanda "Sent-Etyen"lə qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib.
Turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib. Tyerri Anrinin çalışdırdığı “Monako” öz meydanında “Dijon”u qəbul edib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
“Genqam” – “Strasburq” matçında da heç-heçə qeydə alınıb.
“Lion” səfərdə “Anje”yə, “Nant” “Amyen”ə, “Monpelye” isə “Tuluza”ya qalib gəlib. “Lill” isə “Kan”ı məğlub yola salıb.
Fransa Liqa 1
11-ci tur
26 oktyabr
Nim – Sent-Etyen 1:1
Qol: Aliui, 74 – Kabella, 1.
27 oktyabr
Anje – Olimpik (Lion) 1:2
Qol: K.Lopes, 88 – Auar, 63. Depay, 87.
Amyen – Nant 1:2
Qol: Bodmer, 81 – Bosçilia, 15. Sala, 71.
Genqam – Strasburq 1:1
Qol: Benezet, 6 – Zohi, 88.
Lill – Kan 1:0
Qol: Leao, 56.
Monako – Dijon 2:2
Qol: Henriks, 29. Qlik, 78 – Alfonse, 34. Abid, 57.
Tuluza – Monpelye 0:3
Qol: Labord, 21. Delor, 24. Reyne, 90-öz qapısına.
28 oktyabr
18:00 Renn – Reyms
20:00 Bordo – Nitsa
00:00 Olimpik (Marsel) – PSJ