Dünya futbolu
PSJ-nin futbolçusuna cəza – İçkili halda yaxalandı
Fransanın PSJ klubunun italiyalı futbolçusu Marko Verratti i&…
Fransanın PSJ klubunun italiyalı futbolçusu Marko Verratti içkili halda avtomobil idarə edərkən polis tərəfindən saxlanılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı Paris təmsilçisinin mətbuat xidməti də təsdiqləyib.
25 yaşlı futbolçu alkoqol testindən uğurla keçə bilmədiyi üçün gecəni polis bölməsində keçirib. O, müvəqqəti olaraq sürücülük vəsiqəsindən məhrum edilib.
PSJ də futbolçusunu cəzasız buraxmayıb. Etdiyi hərəkətinə görə cərimə olunan Verratti aylıq bonusundan məhrum edilib. O, artıq bu addımına görə üzr də istəyib.
Verratti 2012-ci ildən PSJ-də forma geyinir. İtaliya yığmasının da şərəfini qoruyan futbolçu Paris klubunda 249 oyunda 8 qol vurub, 44 məhsuldar ötürmə müəllifi olub.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”