Dünya futbolu
“Sportinq”in 2 futbolçusu “Qarabağ”la oyunda olmayacaq
Portuqaliyanın “Sportinq” klubu Avropa Liqasının qrup m…
Portuqaliyanın “Sportinq” klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”la oyuna itkilərlə çıxacaq.
Futbolinfo.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Lissabon təmsilçisinin iki futbolçusu – Jeremi Matye və Markos Akunya Bakıda keçiriləcək oyunda iştirak etməyəcək.
Buna səbəb hər iki futbolçunun “Arsenal”la qarşılaşmada (0:0) cəzalı duruma düşmələridi. “Barselona”nın sabiq müdafiəçisi olmuş Matye birbaşa qırmızı vərəqə alıb, Akunya isə Avroliqanın qrup mərhələsində 3-cü “sarı”nı aldığından, cəzalı duruma düşüb.
Noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” matçı saat 21:55-də başlayacaq. Bu komandalar arasında Lissabondakı qarşılaşmada “köhlən atlar” 0:2 hesabı ilə uduzmuşdu.