Ölkə futbolu
Yalnız Delarj
“Qarabağ” qışda heyətdə bəzi dəyişikliklər edəc?…
“Qarabağ” qışda heyətdə bəzi dəyişikliklər edəcək. Reynaldonu transfer edən ağdamlılar Riçard Almeydanın yolunu gözləyir. Daha 2 mövqeyə oyunçu axtarışı da davam edir.
Növbəti çempionluq üçün xüsusilə hücum xəttini gücləndirmək istəyən Ağdam klubunun bəzi futbolçularla vidalaşması da mümkündü. Amma hamının müqaviləsi davam etdiyindən yalnız oyunçuların öz istəyi əsas götürüləcək.
Hələlik getməsi real görünən 1 nəfər var. Con Delarj az oynamasına görə narazıdı və getmək istəyir. Bunu saytımıza açıqlamasında da özü dilə gətirmişdi. Məşqçilər heyəti də ondan məmnun deyill və qarşılıqlı razılıq olarsa, legionerin vidası mümkündü.
Son oyunlarda “Qarabağ”ın düşərgəsində görünməyən Hannes Haldorrson isə qalacaq. Kubok matçlarında adı iştirak ərizəsinə salınmayan islandiyalıya icazə verilib. Qapıçı “Arsenal”la Avropa Liqası çərçivəsindəki Londondakı matçdan sonra vətəninə yollanıb. Bakıya qayıtmayan futbolçuya ailə problemlərinə görə istirahət imkanı yaradılıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”